Fransanın "Lill" klubunun qapıçısı Lyuka Şevalye ölkəsinin PSJ komandasına keçib.
Milli.Az xəbər verir ki, insayder Fabritsio Romanonun bu barədə məlumatına görə, 23 yaşlı qolkiper üçün qarşı tərəfə 40 milyon avro ödəniləcək.
Tibbi müayinədən sonra 5 illik müqaviləyə imza atılacaq.
Qeyd edək ki, Lyuka Şevalye Liqa 1-də 34, Çempionlar Liqasında 10 matçda forma geyinib.
Hüseyn
Milli.Az