"Tayqa" aviaşirkətinə məxsus DHC-6-400 tipli təyyarə Cənubi Saxalinsk - Sovetskaya Qavan marşrutu üzrə uçuş zamanı texniki nasazlıq səbəbindən havaya qalxdıqdan bir müddət sonra geri qayıdaraq qəza enişi edib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bu barədə Milli.Az TASS agentliyinə istinadən məlumat verir.
Uzaq Şərq Nəqliyyat Prokurorluğunun yaydığı məlumata görə, nasazlıq havada aşkar edildikdən sonra ekipaj təhlükəsizlik məqsədilə təyyarənin Cənubi Saxalinsk hava limanına qayıtmasına qərar verib. Eniş uğurla həyata keçirilib.
Təyyarədə ümumilikdə 14 sərnişin, o cümlədən 4 azyaşlı olub.
Kənan
Milli.Az