Bakıda moteldə yanğın olub - VİDEO

8 Avqust 2025 09:16

Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən moteldə yanğın baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 465 m² olan birmərtəbəli moteldə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində motelin 4 otağının yanar konstruksiyaları 150 m² sahədə yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub.

Milli.Az