Ermənistan İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı şərtlərini qəbul edir

8 Avqust 2025 00:17

Vaşinqtonda qəbul ediləcəyi gözlənilən digər qərar isə İrəvanın Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı şərtlərini qəbul etməsidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Dövlət başçımızın bu tələbi də Ermənistan tərəfindən qəbul edildi.

Belə ki, imzalanacaq Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur Dəhlizi reallaşır.

Milli.Az