Hakan Fidan Suriyaya getdi

7 Avqust 2025 15:53

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edib.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı "NTV" yayıb. 

Türkiyənin XİN rəhbərinin Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa ilə görüşü planlaşdırılır.

H.Fidanın Dəməşqdə keçirəcəyi görüşlərdə iki ölkə arasındakı münasibətlər, Suriyanın bərpası və terrorla mübarizə məsələlərinin müzakirə ediləcəyi gözlənilir. 

Milli.Az