Putinlə Trampın görüş yeri təyin edildi

7 Avqust 2025 13:50

Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında görüşün yeri razılaşdırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O qeyd edib ki, bu barədə daha sonra məlumat veriləcək.

Uşakov onu da qeyd edib ki, Trampın xüsusi nümayəndəsi Uitkoff Putin, Tramp və Zelenskinin üçtərəfli görüşü ideyasına toxunsa da, rəsmi Moskva bu məsələyə münasibət bildirməyib

Fidan
Milli.Az