Avqustun müavinət və təqaüdləri bu tarixdə ödəniləcək

7 Avqust 2025 10:05

Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 25-30-u tarixlərində bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

"Onu da diqqətə çatdırmaq istərdik ki, sosial ödənişlərin bank kartlarına köçürüləcəyi konkret tarixlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir".

Milli.Az