Britaniyanın Qida Standartları Agentliyi (FSA) son vaxtlar populyarlaşan Dubay üslubunda şokoladlar istehsal edən "Noesis", "Fıx it" və "Le Damas Dubai" şokolad məhsullarının geri çağırılması barədə qərar çıxarıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, buna səbəb həmin şokoladların tərkibində arxa etiketlərində göstərilməyən qoz-fındığın olmasıdır.
Qida Standartları Agentliyi həm istehlakçılara, həm də iaşə müəssisələrinə "sağlamlıq riski yaranmaması üçün" tədbir görməyi tövsiyə edir.
Milli.Az