Ermənistanda hərbçilər qəzaya düşdü - 1 ölü, 3 yaralı

6 Avqust 2025 17:38

Ermənistanda hərbçilərin yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, hadisə günorta saatlarında Marqara-Vanadzor avtomobil yolunda, Armavir rayonunun Crarat kəndi yaxınlığında baş verib.

"Nissan" və "QAZ-24" markalı avtomobillərin toqquşması nəticəsində bir erməni hərbçi həlak olub, üç hərbçi və bir neçə mülki şəxs yaralanıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb.

Fidan
Milli.Az