Ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorları tərəfindən təşkil olunan ölkədaxili telekommunikasiya kanallarına qoşulma və istifadə ilə bağlı tariflər tənzimlənib.
Milli.Az xəbər verir ki, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev müvafiq qərar imzalayıb.
Sənədə əsasən, ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorları tərəfindən təşkil olunan ölkədaxili telekommunikasiya kanallarına qoşulma ilə bağlı tarif telekommunikasiya kanallarının tutumdan asılı olmayaraq ƏDV daxil olmaqla 50,0 manat təsdiq edilib.
Həmçinin, ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorları tərəfindən təşkil olunan ölkədaxili telekommunikasiya kanallarından istifadə ilə bağlı aylıq tariflər aşağıdakı kimi olacaq:
Sıra sayı |
Telekommunikasiya kanalının tutumu |
Tarif (manat) (ƏDV daxil olmaqla) |
I |
II |
III |
1. |
32 kb/s |
4,00 |
2. |
128 kb/s |
9,00 |
3. |
256 kb/s |
14,00 |
4. |
512 kb/s |
20,00 |
5. |
1 mb/s |
30,00 |
6. |
2 mb/s |
50,00 |
7. |
10 mb/s |
250,00 |
8. |
100 mb/s |
400,00 |
Məlumat üçün bildirək ki, qərar iyulun 28-də qəbul edilib, avqustun 5-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, avqustun 6-da qüvvəyə minib.
Milli.Az