Paşinyan ABŞ-yə səfər edəcək

6 Avqust 2025 12:15

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-yə səfər edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, səfər 7-8 avqust tarixlərində gözlənilir. 

Qeyd olunur ki, Paşinyan Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla Ermənistan-ABŞ strateji tərəfdaşlığının gücləndirilməsi məqsədilə ikitərəfli görüş keçirəcək.

Asya
Milli.Az