Rusiyada daha bir güclü zəlzələ oldu - YENİLƏNİB

6 Avqust 2025 15:39

15:39

Rusiyanın Kamçatda bölgəsində növbəti güclü zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Zəlzələnin maqnitudası 6,4 bal olub. Yeraltı təkanlar Petropavlovsk-Kamçatsk şəhərində 3 bal gücündə hiss edilib.

11:06

Kamçatkada 5,7 bal gücündə zəlzələ baş verib. 

Milli.Az xəbər verir ki, hadisə barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Seysmoloqların açıqlamasına əsasən, zəlzələnin ocağı 82,3 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərindən təxminən 342 kilometr məsafədə qeydə alınıb.

Asya
Milli.Az