Avqustun pensiyası bu tarixdə ödəniləcək

6 Avqust 2025 10:46

Avqustun 12-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Milli.Az