Amerikalı aktrisa Kelli Mak vəfat edib.
Milli.Az xəbər verir ki, "The Walking Dead" serialındakı Addy rolu ilə tanınan amerikalı aktrisa Kelli Mak 2 avqust 2025-ci il tarixində 33 yaşında dünyasını dəyişib.
Məlumatı onun bacısı Ketrin öz şəxsi "Instagram" hesabında paylaşıb."Silinməz bir kədər hissi ilə əziz bacımız Kellinin vəfatını elan edirik. Parlaq və alovlu bir işıq idi", - deyə o yazıb.
Kelli Mak "The Walking Dead"dən əlavə, "9-1-1" və "Chicago Med" kimi məşhur seriallarda da qonaq rollarında çıxış edib. Aktrisanın son işi "Universal" (Universal, 2025) tammetrajlı filmində olub.
Avqustun 16-da onun doğulduğu Ohayo ştatında xatirə mərasimi keçiriləcək.
Fidan
Milli.Az