Sumqayıtda 14 yaşlı qız faciəvi şəkildə öldü

5 Avqust 2025 23:45

Sumqayıtda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Nuri Gülbahar Nuhəli qızı binanın yüksək mərtəbələrindən birindən yıxılaraq həyatını itirib.

İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Milli.Az