Jorje Koşta vəfat etdi

5 Avqust 2025 20:00

Portuqaliyanın "Portu" klubu ilə 2003/2004 mövsümündə Çempionlar Liqasının qalibi olan Jorje Koşta 54 yaşında vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "A Bola" qəzeti məlumat yayıb .

Portuqaliya millisinin sabiq müdafiəçisinin ölümünün səbəbi barədə məlumat verilmir.

Koşta futbolçu karyerası ərzində 1990-2005-ci illərdə "Portu"da çıxış edib və 324 oyunda 20 qol vurub. O, bu komandanın heyətində səkkiz qat Portuqaliya çempionu və beş dəfə ölkə kubokunun qalibi olub. 2003-cü ildə UEFA Kubokunu (indiki Avropa Liqası), 2004-cü ildə isə Çempionlar Liqasını qazanıb.

J.Koşta futbolçu karyerasını başa vurduqdan sonra bir neçə klubun baş məşqçisi vəzifəsində çalışıb.

Milli.Az