Azər Gülalıyev Pirşağıda dənizdə boğulub öldü - FOTO

5 Avqust 2025 14:58

Bakıda daha bir nəfər dənizdə batıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə avqustun 3-ü Pirşağı çimərliyində qeydə alınıb.

İsmayıllı rayon Zərnava kənd sakini 22 yaşlı Gülalıyev Azər Rasim oğlu dənizdə çimərkən boğularaq ölüb.

Faktla bağlı araşdırılma aparılır.

Milli.Az