Sumqayıtda itkin düşən 16 yaşlı qızdan xəbər var

5 Avqust 2025 14:15

Sumqayıtda itkin düşən yeniyetmə qız tapılaraq ailəsinə təhvil verilib.

Milli.Az xəbər verir ki, bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Feysbuk hesabında paylaşım edib.

Qeyd edək ki, avqustun 2-də Sumqayıtda 16 yaşlı yeniyetmə qız yaşadığı evi tərk etmişdi.

Milli.Az