Qırğızıstanda 5,5 bal gücündə zəlzələ oldu

5 Avqust 2025 20:45

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, avqustun 5-də Qırğızıstanda 5,5 bal gücündə zəlzələ baş verib.

Milli.Az bildirir ki, zəlzələ barədə məlumatı Reuters yayıb.

Yeraltı təkanların episentri və təsir dairəsi barədə əlavə məlumat verilməyib. Hadisənin dağıntı və ya insan tələfatına səbəb olub-olmadığı barədə isə hələlik rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, Qırğızıstan seysmik cəhətdən fəal bölgələrdən sayılır və bölgədə bu cür zəlzələlər tez-tez qeydə alınır.

Milli.Az