Qəbələdə qadın turistlər qəzaya düşdü - yaralılar var - FOTO

4 Avqust 2025 18:55

Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadla bildirir ki, hadisə rayonun Laza kəndi istiqamətində qeydə alınıb.

İlkin məlumata görə, əcnəbi qadınların idarə etdiyi kvadrosikl başqa bir kvadrosikllə toqquşub.

Hadisə nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.

Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az