ABŞ və İsveçrə arasında nə baş verir?

4 Avqust 2025 17:42

İsveçrə Federal Maliyyə Departamentinin rəhbəri Karin Keller-Satter ilə ABŞ Prezidenti Donald Tramp arasında iyulun 31-də baş tutan telefon danışığı çox gərgin keçib.

Milli.Az xəbər verir ki, İsveçrə ABŞ-yə 150 milyard dollar sərmayə qoymaq müqabilində Vaşinqtonun 10% tarifinə razılıq verməyə hazır olsa da, Tramp bu tarifin yetərsiz olduğunu bildirib.

Amerika lideri əsasən İsveçrənin ABŞ ilə 39 milyard dollarlıq ticarət kəsirinə diqqət çəkərək, Keller-Satterin arqumentlərini qəbul etməyib. Məlumatlara görə, söhbət çox sərt və qarşılıqlı anlaşılmazlıqla yadda qalıb.

Asya
Milli.Az