Aparıcı Afaq Gəncəli vəfat edən oğlu Qədirlə bağlı paylaşım edib.
Milli.Az xəbər verir ki, o, övladının fotosunu paylaşaraq bunları yazıb:
"Mələyim yaxşı ki doğuldun, yaxşı ki var oldun. Sənin gülüşün hələ də qulağımdadır.
Sənin adın hər gecə dualarımdadır Qədir balam. Uzaqda deyilsən, başqa bir yerdəsən. Qəlbimdə, ruhumda, nəfəsimdəsən. Ad günün mübarək, oğlum".
Xatırladaq ki, Qədir 12 yaşında Türkiyədə uzun sürən xəstəlikdən sonra vəfat edib.
Asya
Milli.Az