Azərbaycanda 6 aylıq uşaq infarktdan öldü

4 Avqust 2025 11:44

Sumqayıtda körpə vəfat edib.

Milli.Az xəbər verir ki, hadisə avqustun 2-si saat 17 radələrində şəhərin 10-cu məhəlləsində yerləşən Sumqayıt Şəhər Uşaq Xəstəxanasında qeydə alınıb.

Sumqayıt şəhər sakini 07.02.2025-ci il təvəllüdlü Alparslan Elməddin oğlu Cəfərli xəstəxanada infarktdan ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az