Çində məktəb yaxınlığında bıçaqlı hücum: Ölənlər və yaralananlar var - VİDEO

4 Avqust 2025 11:16

Çinin Hunan əyalətinin Ləiyan şəhərində dəhşətli hücum qeydə alınıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, hücum yerli ibtidai məktəbin yaxınlığında baş verib. Şəxsiyyətləri hələ açıqlanmayan silahlı şəxs əvvəlcə məktəb ətrafındakı insanlara bıçaqla hücum edib. Daha sonra isə yaxınlıqdakı, majonq oyunu oynanan məkana daxil olaraq, orada olanlara da xəsarət yetirib.

Hadisə şahidlərinin verdiyi məlumata əsasən, həm ölənlər, həm də yaralananlar arasında azyaşlı uşaqlar da var.

Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Hücumun motivi hələlik məlum deyil.

Kənan
Milli.Az