Qəzaya düşən yeniyetmə xəstəxanada öldü

2 Avqust 2025 13:32

Qala qəsəbəsində qəzaya düşən 18 yaşlı yeniyetmə xəstəxanada ölüb.

Milli.Az xəbər verir ki, hadisə Qala qəsəbəsindən Pirallahı rayonu istiqamətinə olan yolda baş verib.

Məlumata görə, 1961-ci təvəllüdlü Balatir Əliyev idarə etdiyi "VAZ 2104" markalı avtomaşın ilə hərəkətdə olarkən, piyada - 2007-ci il təvəllüdlü Polad Hüseynovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən Sabunçu tibb mərkəzində ölüb.

Faktla bağlı Xəzər RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Milli.Az