"Bir ədəd ABŞ istehsalı F-16 qırıcısının qiymətinə 20 ədəd "Qızılalma" pilotsuz döyüş təyyarəsi istehsal etmək mümkündür".
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib.
Onun sözlərinə görə, bu, "Qızılalma" layihəsinin həm texnoloji, həm də iqtisadi baxımdan nə qədər strateji əhəmiyyət daşıdığını göstərir.
Bayraqdar əlavə edib ki, artıq "Qızılalma"nın kütləvi istehsalına start verilib:
"Altıncı "Qızılalma" hazırda istehsal xəttindədir. Gələn ildən etibarən bu sistem Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olacaq", - deyə o vurğulayıb.
Kənan
Milli.Az