Yaponiyanın şərq sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
Milli.Az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) yaydığı məlumata görə, Yaponiyanın şərqində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar Hokkaydo adasının şimal-şərqində yerləşən, 31 min nəfərlik Nemuro şəhərindən təxminən 108 kilometr aralıda, 10 kilometr dərinlikdə baş verib.
Hazırda hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.
Kənan
Milli.Az