"Tramp ölkəni qaranlıq bir dövrə sürükləyir" - Bayden

2 Avqust 2025 09:25

"Donald Trampın davranışları ölkəni qaranlıq bir dövrə sürükləyir".

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Co Bayden CNN telekanalına verdiyi müsahibədə deyib. 

Onun sözlərinə görə, ölkə üçün qaranlıq dövr başlayır:

"Hakimlər önəmlidir, məhkəmələr əhəmiyyətlidir. Qanun və Konstitusiya - bunlar dövlətimizin dayaqlarıdır. Mən bu gün Trampın yaratdığı təzyiqin fərqinə varmağa başlayan amerikalılar barədə çox düşünürəm... Hazır olun, bu hələ başlanğıcdır".

Bayden qeyd edib ki, hazırkı administrasiya, onun prezidentliyi dövründə əldə olunmuş nailiyyətləri aradan qaldırmaq üçün əllərindən gələni edir.

Kənan
Milli.Az