Yeni Klinikanın direktoru orqanlarını bağışladı

1 Avqust 2025 20:00

Yeni Klinikanın direktoru Barat Yusubov orqanlarını bağışlayıb.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə Barat Yusubov sosial şəbəkə hesabında məlumat yayıb.

"Bu gün bəlkə də həyatımın ən önəmli qərarını verdim: bütün orqanlarımı bağışladım. İnanılmaz sevincliyəm, çünki ölümümlə kimlərəsə həyat bəxş edəcəm", - paylaşımda qeyd edilib.

Milli.Az