Bu mobil operator şirkətinə yeni direktor təyin olundu - FOTO

1 Avqust 2025 19:45

"Naxtel" Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni direktor təyin olunub.

Milli.Az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı şirkətin İdarə Heyəti müvafiq qərar qəbul edib.

Qərara əsasən, bu vəzifəyə İsayev İsa Bünyad oğlu təyin olunub.

Qeyd edək ki, "Naxtel" 2015-ci ilin iyul ayında Naxçıvan şəhərində təsis olunub. "Naxtel" 4-cü nəsil GSM + LTE operatorudur.

Milli.Az