Köhnə Günəşlidə avtoservis yanıb - YENİLƏNİB

1 Avqust 2025 20:25

Bakının Xətai rayonunda obyektdə baş verən yanğın söndürülüb.

Bu barədə FHN-dən bildirilib.

-------

19:06

Bakının Köhnə Günəşli qəsəbəsində avtoservis yanır.

Fövqaladə Hallar Nazirliyindən verilən məlumata görə, əraziyə yanğınsöndürənlər cəlb olunub.

Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər görülür.

Hadisənin səbəbi məlum deyil.

Milli.Az