Tramp Rusiya barəsində danışdı

1 Avqust 2025 23:14

ABŞ Prezidenti Donald Tramp bildirib ki, administrasiya 10 gün ərzində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

Milli.Az xəbər verir ki, o, bu addımın Ukrayna böhranına ciddi təsir edəcəyinə əmin olmadığını vurğulayıb.

"Sanksiyalar olacaq. Bunun effektiv olub-olmayacağını bilmirəm, amma biz bunu edəcəyik", - deyə Tramp jurnalistlərə açıqlamasında qeyd edib.

Asya
Milli.Az