Yay aylarında kondisionerlər rahatlıq yaratsa da, bəzi hallarda sağlamlıq üçün ciddi risk daşıya bilər.
Milli.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, kondisioner havanı sürətlə soyutduqda və uzun müddət birbaşa insana yönəldikdə, tənəffüs yollarında iltihab, əzələ ağrıları və hətta sinir tutulmaları müşahidə oluna bilər.
Xüsusilə diqqət yetirilməli hallar kondisioner havasının birbaşa üzə və ya sinəyə vurması, temperaturun çox aşağı səviyyəyə salınması (20°C-dən aşağı) və cihazın təmizlənmədən uzun müddət istifadə edilməsi ilə bağlıdır. Pulmonoloqlar bildirirlər ki, bakteriyalarla çirklənmiş filtr vasitəsilə yayılan hava allergiya, astma və digər tənəffüs xəstəliklərini şiddətləndirə bilər.
Mütəxəssislər tövsiyə edir ki, otaqla çöl arasındakı temperatur fərqi 5-7 dərəcədən çox olmasın, kondisioner birbaşa bədənə yönəlməsin və filtrlər ayda bir dəfə təmizlənsin. Unutmayın, düzgün istifadə olunmadıqda kondisioner faydadan çox zərər verə bilər.
Asya
Milli.Az