Fəxrəddin Manafov "Şöhrət" ordeni ilə təltif edilib.
Milli.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Fəxrəddin Manaf oğlu Manafov "Şöhrət" ordeni ilə təltif edillib.
Qeyd edək ki, avqustun 2-də Fəxrəddin Manafovun 70 yaşı tamam olacaq.
Milli.Az