Rusiyada daha bir güclü zəlzələ oldu

1 Avqust 2025 12:06

Kamçatkada 5,5 bal gücündə zəlzələ olub.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Qeyd edək ki, iyulun 30-u səhər saatlarında Kamçatkada 8,7 bal gücündə daha güclü zəlzələ qeydə alınmışdı.

Kənan
Milli.Az