Türkiyədə ardıcıl 4 zəlzələ oldu

1 Avqust 2025 09:24

Türkiyənin qərbində ardıcıl zəlzələlər qeydə alınıb.

Milli.Az xəbərverir ki, Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkanlar Kütahya vilayətinin Simav rayonunda baş verib.

Beş dəqiqəlik fasilələrlə qeydə alınan dörd orta güclü zəlzələ rayonda qısa müddətli təşvişə səbəb olub.

Zəlzələlərin başvermə vaxtı və gücü aşağıdakı kimidir:

07:15 - 3,4 bal

07:16 - 3,8 bal

07:17 - 3,8 bal

07:20 - 3,0 bal

İlkin məlumatlara əsasən, zəlzələlər nəticəsində heç bir dağıntı və ya xəsarət qeydə alınmayıb.

Kənan
Milli.Az