Ermənistanda zəlzələ oldu

31 İyul 2025 23:27

Ermənistanın Martuni şəhərindən 6 kilometr aralıda zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti yayıb.

Zəlzələnin episentrində yeraltı təkanların gücü 3 bal təşkil edib.

Təkanlar Martuni şəhərində, həmçinin Dzorağyux, Liçk və Vardadzor kəndlərində hiss olunub.

Milli.Az