56 yaşlı şou ulduzuna xərçəng diaqnozu qoyuldu

31 İyul 2025 13:24

Amerikanın "Dallasın Gerçək Evdar Qadınları" realiti şousunun ulduzu D'Andra Simmons döş xərçənginə tutulduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə o, "Instagram" hesabında paylaşım edib. Simmons bildirib ki, ana tərəfi üzrə ailəsində süd vəzi xərçəngi diaqnozu qoyulan üçüncü qadındır.

O, əməliyyatdan əvvəl xəstəxana palatasında çəkilən fotosunu da paylaşıb. Hazırda cərrahiyyə müdaxiləsinin necə keçdiyi barədə məlumat verilməyib.

İsmayıl
Milli.Az