"Araz-Naxçıvan"ın rəqibi "Aris"in futbolçusu xəstəxanalıq oldu - vəziyyəti ağırdır

31 İyul 2025 11:00

UEFA Konfrans Liqasındakı təmsilçimiz "Araz-Naxçıvan"ın rəqibi Yunanıstanın "Aris" klubunun futbolçusu Karles Perezin başına iş gəlib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, o, xəstəxanalıq olub.

Oyunçuya vəhşi itin hücum edərək cinsi orqanını dişləyib.

Perezin vəziyyətinin ağırdır, əməliyyat olunacaq.

Bildirək ki, "Aris" - "Araz-Naxçıvan" matçı bu gün Bakı vaxtı ilə 22:15-də başlayacaq. İlk qarşılaşma naxçıvanlıəların 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Hüseyn
Milli.Az