Azərbaycanda zəlzələ olub

31 İyul 2025 09:18

Bu gün yerli vaxtla saat 00:13-də Kəlbəcər rayonunda zəlzələ 3 maqnitudalı zəlzələ olub.

Milli.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Məlumata görə zəlzələ Daşkəsən stansiyasından 31 km cənub-qərbdə Kəlbəcər rayonunda qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

Milli.Az