Bakıda həkim iş başında qəfil öldü - FOTO

31 İyul 2025 08:56

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nəsimi Təcili Tibbi Yardım Stansiyasının anestezioloq-reanimatoloq həkimi Asəf Hümbətov vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, o, gecə saatlarında iş başında olarkən 56 yaşında qəfildən dünyasını dəyişib.

Allah rəhmət eləsin! 

Milli.Az