Müğənni Dəniz Əsədova həbsdə qaldı

30 İyul 2025 14:16

Həbsdə olan müğənni Dəniz Əsədovanın barəsindəki hökmdən verdiyi şikayətə baxılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Report"a vəkil, həmçinin iş üzrə xüsusi ittihamçı olan Asim Abbasov məlumat verib.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Dəniz Əsədovanın şikayəti təmin edilməyib və barəsində olan 7 ay azadlıqdan məhrumetmə cəzası qüvvədə qalıb.

Qeyd edək ki, vəkil onun barəsində böhtan və təhqir xarakterli məlumatlar yaydığı üçün müğənni Dəniz Əsədovanı məhkəməyə verib.

Milli.Az