Tiktoker canlı yayımda vuruldu - FOTO

30 İyul 2025 13:02

TikTok fenomeni canlı yayımda güllələnib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Ekvadorda yaşayan 28 yaşlı TikTok fenomeni Keyla Andreina González Mercado canlı yayım zamanı başından iki dəfə atəş açılaraq öldürülüb.

Hadisə Guayaquil şəhərində baş verib. Keyla dostları ilə birlikdə əylənərkən TikTok-da canlı yayıma qoşulub. Yayıma baxanlara "başımı iki dəfə vur" deyib. Bundan bir neçə saniyə sonra otaqda olan şəxs əsl silahla qadının başına iki dəfə atəş açıb. Hadisə yayımdakı izləyicilərin gözü qarşısında baş verib.

Polis qətllə bağlı istintaqa başlayıb. Hadisəni törədən şəxsin kimliyi hələ açıqlanmayıb.

İsmayıl
Milli.Az