Məşhur müğənni keçmiş baş nazirlə restoranda görüntüləndi - FOTO

30 İyul 2025 12:50

Məşhur amerikalı müğənni Keti Perri ( Katy Perry ) ilə sabiq Kanada Baş naziri Castin Trüdo Montrealdəki restoranların birində baş-başa yemək yeyərkən görüntüləniblər.

Milli.Az bildirir ki, "TMZ"nin yayımladığı fotolarda onların eyni masada qarşı-qarşıya oturduqları və səmimi söhbət etdikləri görünür.

Restorandan çıxarkən Trüdo Keti Perri və mühafizəçilərlə birlikdə eyni maşına əyləşib. Görüşün Perrinin Kanadada keçirilən "Play" turu çərçivəsində baş tutduğu ehtimal olunur.

Qeyd edək ki, Trüdonun həyat yoldaşından ötən il ayrılıb.

İsmayıl
Milli.Az