Direktor və baş həkim işdən çıxarıldı

30 İyul 2025 12:42

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında kadr islahatları aparılıb.

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının direktoru Firdovsi Sarıyev və baş həkim Etibar Hüseynov işdən çıxarılıblar.

Milli.Az