Yay soyuqdəyməsi – düzgün müalicə

30 İyul 2025 12:25

Yay soyuqdəyməsi - düzgün müalicə

"Yay qripi"nə yoluxan xəstələrdə üşütmə, qızdırma, şiddətli baş ağrıları, zəiflik kimi əlamətlər özünü göstərir.

İnsanların son vaxtlar şikayət etdiyi xəstəliklərdən biri yay qripi kimi tanınan və məhz isti havalarda özünü göstərən qrip növüdür. Adi qripdən fərqli olaraq, yay qripi soyuqdəymədən yox, istivurmadan əmələ gəlir. Bu zaman Günəş şüaları altında uzun müddət qalmaqdan və ya istivurmadan qripəbənzər əlamətlər müşahidə olunur. Buna el arasında "yay qripi" və ya "gün qripi" də deyirlər. Əlamətləri qrip xəstəliyinə bənzəsə də, bir çox xüsusiyyətinə görə ondan fərqlənir. İstidə küçə qızmış tavanı xatırladır və bizlər evə gələrkən mexaniki olaraq sərin və soyuq içkilərə üz tuturuq, dondurma yeyirik. Kondisionerin altında oturmaqdan həzz alırıq, lakin sonradan çəkəciyimiz əziyyəti düşünmürük. Nəticədə boğaz qaşınmaları, baş ağrıları, oskürək, burun axması meydana gəlir. Orqanizmimizi məruz qoyduğumuz temperatur düşüb-qalxmaları mikrobları aktivləşdirir və farinqit, larinqit, tonzullit və sair xəstəliklərə yol açır.

Yay soyuqdəymələri az rastlanan hal deyildir.

Statistikaya görə qripə tutulanların sayı yayda 20% artır. 

Yay soyuqdəyməsi adətən qışdan daha uzun çəkir. Məsələ ondadır ki, qışda isti yorğana bürünüb xəstəliyi bədənimizdən çıxarda bilirik. Yayda isə bu xəstəliyə bir o qədər fikir vermirik və özünün keçəcəyini düşünürük. Kondisionerli otaqlarda otururuq, günəşin istisində qızınırıq. Bununla da orqanizmimizi əlavə yükə salaraq, onun sağalmasına maneələr törədirik.

Əgər sizdə qızdırma, burun axıntısı, üşütmə, halsızlıq və şiddətli baş ağrısı kimi hallar varsa, deməli sizdə yay qripinin əlamətləridir.

Yay qripi zamanı ağrı və qızdırma ilə müşayiət olunan halların, xüsusilə yuxarı tənəffüs yollarının virus infeksiyalarının simptomatik müalicəsi üçün məhlul hazırlamaq üçün toz halında olan preparatlardan qəbul etmək məsləhət görülür.  Bu preparatlar ağrını yüngülləşdirir və qızdırmasalıcı təsir göstərir.  Belə preparatlardan biri Agicold hotmix preparatıdır.

Agicold hotmix-in tərkibində olan parasetamol qızdırmalıcı təsir göstərir. Askorbin turşusu və ya C vitamini soyuqdəymədən yaranan xəstəliklərin müalicə və profilaktikasında əhəmiyyətlidir.

C vitamini orqanizmin infeksion xəstəliklərə qarşı mübarizə gücünü və immuniteti artırır.

Fenilefrin, burun selikli qişasında yerləşən venoz damarları daraldaraq burun tıxanıqlığını aradan qaldırır və burun keçidlərində hava axınına qarşı müqaviməti azaldır.

Beləliklə, siz qrip və soyuqdəymə əleyhinə daxilə qəbul üçün nəzərdə tutulmuş Agicold Hotmix preparatdan istifadə etməklə, qısa müddət ərzində qripin bütün əlamətlərindən (baş ağrısı, hərarət, burun tutulması, əzələ ağrısı) azad olacaqsınız.

Agicold hotmix preparatının 2 buraxılış forması var:

Agicold hotmix limon tamlı

Agicold hotmix portağal tamlı

Agicold hotmix-lə yay fəslini qripsiz keçirin!

İstifadəsi böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün uyğundur.

Əks təsirləri ola bilər. İstifadədən öncə həkiminiz və ya əczaçınızla məsləhətləşin.