Rusiyada sunami - liman su altında qaldı - VİDEO

30 İyul 2025 11:45

Rusiyanın Kamçatka bölgəsində baş verən güclü zəlzələ sunami ilə nəticələnib.

Milli.Az xəbər verir ki, zəlzələdən sonra üç sunami dalğası Kuril adalarındakı Paramuşir sahilinə, xüsusilə Severo-Kurilsk sahil zonasında çırpılıb. Ən dağıdıcı zərbəni sonuncu dalğa vurub.

Saxalin vilayətinin Severo-Kurilsk bələdiyyə dairəsinin rəhbəri Aleksandr Ovsyannikovun sözlərinə görə, ilk sunami dalğası təxminən 200 metr hündürlüyündə olub. "Bundan sonra daha iki dalğa gəldi - ikinci zəif idi, lakin üçüncü daha güclü və enerjili oldu. Gəmiləri sahilə atdı, liman infrastrukturuna ciddi ziyan dəydi", - deyə o bildirib.

Fövqəladə Hallar Nazirliyi məlumat verib ki, Severo-Kurilsk limanı tamamilə su altında qalıb. Dəniz suyu Alaid balıqçılıq müəssisəsinə də daxil olub. Sunami təhlükəsi aradan qalxana qədər şəhər sakinləri təhlükəsiz əraziyə - yüksək təpəyə təxliyə ediliblər. Şəhərdə həyəcan siqnalı verilib.

Kənan
Milli.Az