"Fənərbağça"nın keçmiş ulduzu İspaniyada VII divizion klubuna transfer oldu

30 İyul 2025 11:50

İspaniya millisinin və "Fənərbağça"nın keçmiş futbolçusu Daniel Quiza VII divizion klubu "Rayo Sanlukenyo" ilə müqavilə imzalayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, o 1 müddətində komandanın şərəfini qoruyacaq.

44 yaşlı ispaniyalı karyerası ərzində "Fənərbağça", "Barselona", "Kadis", "Mayorka" və "Xetafe"də formasını geyinib. 

Quizanın son iş yeri isə İspaniyanın V divizion komandası "Rotena" olub.

Futbolçu ölkəsinin yığmasına 21 oyunda 6 qolla kömək edə bilib.

Hüseyn
Milli.Az