"Neftçi" klubu Lüksemburq millisinin futbolçusu Alessio Kurçini transfer edib.
Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.
Qeyd edək ki, A.Kurçinin sonuncu klubu "Francs Borains" (Belçika) olub. O, millinin heyətində 15 oyun keçirib, 1 qol vurub.
Milli.Az