Güclü zəlzələyə baxmayaraq əməliyyata davam etdilər - ANBAAN VİDEO

30 İyul 2025 10:22

Xəbər verdiyimiz kimi, Rusiyanın Severo-Kurilsk şəhərində 8,7 bal gücündə zəlzələ baş verib.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, zəlzələ zamanı Kamçatkadakı Onkoloji Dispanserdə lentə alınan görüntülər böyük marağa səbəb olub.

Belə ki, dispanserin həkimləri zəlzələyə baxmayaraq əməliyyatı davam etdiriblər.

Rusiya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, həmin pasiyentin vəziyyəti yaxşıdır.
 
Qeyd edək ki, gecə saatlarında baş verən 8,7 bal gücündə zəlzələdən sonra başlayan sunami nəticəsində bir sıra sahil bölgələri su altında qalıb.

Dağıntı və tələfatın miqyası ilə bağlı hələlik dəqiq məlumat verilməyib.

Milli.Az